Hindistanda koronavirusa yoluxanların sayı 11 milyonu keçib

Xəbər - Orxan Nəbiyev – Trend:

Hindistanda koronavirusa yoluxanların sayı 11 milyon nəfəri keçib.

AzerTimes-ın məlumatına görə, ölkədə son sutka ərzində 14 mindən çox yoluxma qeydə alınıb.

Hazırda yoluxanların sayına görə Hindistan ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb.

Bu günədək ölkədə ölənlərin sayı 156 min nəfəri ötüb. 11 milyondan çox insan koronavirusa qarşı peyvəndlənib.