Hindistanda “inək elmi”ndən imtahan təşkil ediləcək

Hindistanda əhalinin çox hissəsinin müqəddəs hesab etdiyi inəklər haqqında imtahan təşkil ediləcək.

Yenicag.az “Aljazeera”yə istinadən xəbər verir ki, Narendra Modi hökumətinin təşkilatçılığı ilə keçiriləcək imtahana Hindistan vətəndaşları ilə yanaşı xarici ölkə vətəndaşları da qatıla biləcək.

Onlayn təşkil ediləcək imtahan sualları isə hind dilindən əlavə ingilis və 12 yerli dildə hazırlanacaq.

Qeyd edək ki, Hindistanın əksər hissəsində inəklərin kəsilməsi və bu heyvanın ətinin yeyilməsi qadağandır.

www.yenicag.az