Hindistanda ildırım vurması nəticəsində bir gündə 20 nəfər ölüb

Hindistanın Qərbi Benqal ştatında ildırım vurması nəticəsində bir gündə ən azı 20 nəfər ölüb, üç nəfər yaralanıb.

AzerTimes-ın məlumatına görə, hadisə ştatın üç müxtəlif bölgəsində baş verib.

“İldırım vurması nəticəsində Murşidabad bölgəsində doqquz, Huqlidə bölgəsində doqquz və Purba Medinipur bölgəsində iki sakin ölüb”, – məlumatda deyilir.


Yaralılar yerli xəstəxanaya çatdırılıblar.

Hindistan Baş naziri Narendra Modi hadisə ilə bağlı ölənlərin ailə üzvlərinə başsağlığı verib və onlara maddi yardımediləcəyini bildirib.

Teqlər: