Hindistanda buzlaq uçqunu nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb

Hindistanın Uttarakhand ştatında geniş miqyaslı xilasetmə əməliyyatı zamanı 24 nəfərin cəsədi tapılıb. Burada ötən gün buzlaq uçqununun baş verməsi inşası davam edən elektrik stansiyasının bəndinin dağılması ilə nəticələnib və selə səbəb olub.

AzerTimes-ın məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində ştatın polisi bildirib.

Qeyd edilib ki, hazırda 24 nəfərin cəsədləri fəlakətin baş verdiyi müxtəlif ərazilərdən çıxarılıb.

Ştatın təcili əməliyyat mərkəzinin verdiyi məlumata görə, bu günə qədər 27 nəfər sağ tapılıb. Ən azı 197 nəfər itkin düşüb.