Hindistan kriptovalyutanı qadağan edəcək

Xəbər - Orxan Nəbiyev – Trend:

Hindistan hökuməti ölkə ərazisində kriptovalyutaların qadağan edilməsi ilə bağlı qanun layihəsi hazırlayır.

AzerTimes-ın məlumatına görə, qanun layihəsi qəbul olunacağı təqdirdə Hindistan kriptovalyuta dövriyyəsini qanunsuz hesab edən ilk dövlət olacaq.

Qanun layihəsi kriptovalyuta sahiblərinə onu ləğv etmək üçün 6 ay möhlət verəcək. Bundan sonra cərimələr tətbiq olunmağa başlayacaq.

Qanunun Hindistan parlamentində tezliklə qəbul olunması gözlənilir.