Heykəl ölümə səbəb oldu

Heykəl ölümə səbəb oldu

SSRİ-nin qurucusu ‘Vladimir Lenin’in sökülən heykəli Ukraynada ölümə səbəb olub. Hadisə Rovnenskiy vilayətinin Vladimiretskiy rayonunun Horodets kəndində baş verib.

Leninin sökülən heykəlinin postamentindəki beton piltə 13 yaşlı uşağın üzərinə düşüb. Hadisə yerli sakinlərin sökülən heykəlin ətrafında abadlıq işləri apardığı zaman baş verib. Uşağın ölümü ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Ukraynada son bir neçə ildə Leninin minə yaxın heykəli, büstü sökülüb.