Heydər Əliyev prospektində avtomobil aşıb, tıxac var

Xəbər - Samir Əli -Trend:

Bakıda ağır yol qəzası baş verib.

AzerTimes-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində, Bağırov körpüsü adlanan hissədə qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində avtomobillərdən biri aşıb. Qəza səbəbindən hazırda prospektdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Hadisə nəticəsində ölən və xəsarət alanların olub-olmaması barədə dəqiq məlumat yoxdur.

Teqlər: