Hərbi Liseyin hədəfi savadlı, bacarıqlı, vətənpərvər zabitlər yetişdirməkdir – General

Xəbər - Ceyhun Ələkbərov – Trend:

C.Naxçıvanski adına Hərbi Liseyin qarşısında duran hədəflər birdir – orduya savadlı, bacarıqlı, vətənpərvər zabitlər yetişdirmək.

Bunu jurnalistlərə açıqlamasında C.Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Bəkir Orucov deyib. Onun sözlərinə görə, lisey heyəti çalışır ki, gələcək zabitlərimiz, kursantlarımız yaxşı savad alsınlar:


“İntizamlı olsunlar və biz onları Ali Məktəblərə yola salanda orada təhsillərini uğurla davam etdirsinlər. Azərbaycan xalqı üçün, Vətənimiz üçün bacarıqlı zabit kimi yetişsinlər”.

Teqlər: