Hər iki dozada eyni vaksinlərin vurulması tövsiyə olunur – Nazirlik

Xəbər - Samir Əli – AzerTimes:

COVID-19 -a qarşı hər iki dozada eyni vaksinlərin vurulması tövsiyə edilir.

AzerTimes-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova deyib.

O bildirib ki, bir sıra ölkələrdə iki dozada müxtəlif vaksinlərin vurulması ilə bağlı ilkin sınaqlar aparılır: “Hər iki dozada eyni vaksindən vurulması tövsiyə olunur. Hələ bunlar klinik sınaqlar mərhələsindədir”.

Teqlər: