Hemofiliya və talassemiya xəstələri ilə bağlı qanuna dəyişiklik edilir

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” qanuna dəyişiklik edilir.

AzerTimes-ın məlumatına görə, dəyişikliklə qanunun 9-cu maddəsinin (İrsi qan xəstəliyi olan şəxslərin sosial müdafiəsi) 9.2-ci bəndi yeni redaksiyada verilir.

Yeni redaksiyaya əsasən, İrsi qan xəstəliyi olan şəxslərin əlilliyi onlar 18 yaşına çatanadək müəyyən edildikdə, 18 yaşına çatdıqdan sonra bu şəxslərin əlilliyi müddətsiz müəyyən edilir.


Qanunun hazırki bəndi isə belədir: “İrsi qan xəstəliyi olan şəxslərin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. İrsi qan xəstəliyi olan 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlillik müddətsiz müəyyən edilir”.

Teqlər: