Hemilton İspaniya Qran Prisinin qalibi olub

“Mercedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton “Formula-1” üzrə İspaniya Qran Prisinin qalibi olub.

AzerTimes-ın məlumatına görə, yarışı ikinci yerdə “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen, üçüncü yerdə “Mercedes” komandasının finlandiyalı pilotu Valtteri Bottas başa vurub.


Qeyd edək ki, “Formula-1”-in növbəti mərhələsi 20-23 may tarixlərində Monakoda təşkil ediləcək.

Teqlər: