Hemilton F1 Böyük Britaniya Qran Prisində sprint yarışlarının təsnifatının qalibi olub

“Mercedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton “Formula-1” üzrə Böyük Britaniya Qran Prisində sprint yarışlarının təsnifatının qalibi olub.

AzerTimes-ın məlumatına görə, təsnifatı ikinci yerdə “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen, üçüncü yerdə isə “Mercedes” komandasının finlandiyalı pilotu Valtteri Bottas başa vurub.


Sprint yarışlarının təsnifatı “Formula-1″də ilk dəfə keçirilir. Sprint yarışları şənbə günü saat 19:00-da başlayacaq. Sprint yarışlarının yekunları üzrə bazar günü saat 18:00-da keçiriləcək əsas yarışda pilotların yerləşri müəyyənləşəcək.

Teqlər: