HƏMAS İsrailin bir neçə şəhərinə zərbələr endirib

Qəzza zolağına nəzarət edən HƏMAS hərakatının “İzzəddin Əl-Qəssam Briqadaları” döyüş qanadı İsrailin bir neçə şəhəri istiqamətində raketlər buraxdığını açıqlayıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Fələstinin “Donia Al-Watan” radiostansiyası xəbər yayıb.

Məlumata əsasən, raketlər İsrailin Tel-Əviv, Hader, Aşkelon və Sderot şəhərləri istiqamətində buraxılıb.