Həbsdə olan DSX polkovniki azadlığa buraxıldı

Xəbər - Samir Əli – Trend:

Bakı Hərbi Məhkəməsində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxsi, polkovnik Samiq Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzerTimes-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə, S. Əzizova şərti cəza verilib və o məhkəmə zalından azadlığa buraxılıb.

Polkovnik S. Əzizov qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaratmaqda ittiham olunurdu.

Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 308-ci ( vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.

Teqlər: