Hazırda əsasən kommunikasiya xətlərinin keçəcəyi ərazilər minadan təmizlənir – ANAMA

Füzuli. Ceyhun Ələkbərov – Trend:

Azad olunmuş ərazilərdə minalar pərakəndə vəziyyətdə basdırılıb.

AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) mütəxəssisi Azər Hüseynov deyib.

Onun sözlərinə görə, ermənilər əllərində olan bütün minaları yerə basdıraraq ərazilərdən çıxıblar:

“Füzuli rayon Alxanlı kəndinin otlaq ərazisində minaların sayı düşünüldüyündən daha artıqdır. Sözügdən yer 30 il idi ki, işğal altında idi və bu səbəbdən minaların sayı da həddən artıq çoxdur. Burada müxtəlif növ, həm Rusiya istehsalı, həm də Ermənistan istehsalı olan minalar var”.

A.Hüseynov qeyd edib ki, hazırda minalardan təmizlənmə işi əsasən kommunikasiya xətlərinin keçəcəyi yerlərdə aparılır:

“Əsas məqsəd hazırda qaz, işıq, su, dəmir yolu və avtomobil yollarının keçəcəyi ərazilərin minalardan təmizlənməsidir”.

Teqlər: