Harvi qasırğasının qurbanlarının sayı 70-ə çatdı

Harvi qasırğasının qurbanlarının sayı 70-ə çatdı

ABŞ-ın Texas ştatında “Harvi” qasırğası nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.

Bundan əvvəl 60 nəfərin öldüyü, təqribən 20 nəfərin itkin düşdüyü bildirilirdi.

Texas ştatının qubernatoru Qreq Ebbot qasırğanın fəsadlarının aradan qaldırılmasına 150-180 milyard dollar vəsaitin tələb olunduğunu bildirib. “Harvi” son 12 ildə ABŞ-da qeydə alınan ən güclü qasırğa olub.