Millimiz ermənilərə qalib gəldi

Millimiz ermənilərə qalib gəldi

Bolqarıstanda kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatı davam edir.

Qrup mərhələsində uğursuz çıxış edən Azərbaycan yığması 9-16-cı yerlər uğrunda ilk matçda Ermənistan millisi ilə üz-üzə gəlib.

Hikmət Abdullayevin yetirmələri rəqiblərini meydana çıxmağa peşman ediblər. İlk hissəni 14 top irəlidə bitirən Azərbaycan yığması, yekunda erməniləri 18 top fərqi ilə məğlub edib – 39:21 (21:7).

Bu qələbə komandamızın uğursuzluğunu sığortalamaqla yanaşı, “onluğ”a daxil olmaq üçün də şans yaradıb. Təmsilçimiz növbəti matçında İrlandiya ilə oynayacaq. Görüş sabah keçiriləcək.

** 14:46 ** ▼
Bolqarıstanda kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatında qrup mərhələsinin oyunları başa çatıb.

İlk 2 turdan sonra aktivində 2 xalı olan Azərbaycan millisi sonuncu oyunda Kiprlə üz-üzə gəlib.

Qarşılaşma həndbolçularımız üçün uğursuz alınıb. Komandamız 28:32 (13:18) hesabı ilə uduzmaqla, 1/4 final şansını dəfn edib. Rəqiblərimizdən Kiprlə yanaşı, təmsilçimizi məğlub edən Bolqarıstan da mərhələ adlayıb.

Buna baxmayaraq, Hikmət Abdullayevin yetirmələri yarışda mübarizəni davam etdirəcəklər. C qrupunda 3-cü olan yığmamız 9-16-cı yerlər uğrunda ilk olaraq D qrupunu xalsız başa vuran Ermənistanla oynayacaq. Aşkar zəif olan rəqiblə matç bu gün Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Təmsilçimiz Ermənistandan güclü olarsa, İrlandiya – Malta cütünün qalibi ilə üz-üzə gələcək.