Hal-hazırda 2100 avtobusdan 715-i sıxılmış qazla işləyir – BNA

Xəbər - Samir Əli -Trend:

Bakı Nəqliyyat Agentliyi son 5 ildə Bakı şəhərində 715 sıxılmış təbii qazla işləyən nəqliyyat vasitələri gətirib.

AzerTimes-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, eyni zamanda ölkə rəhbərliyinin təşəbbüsü ilə təkliflər hazırlanıb və qanunvericilikdə dəyişiklik olub ki, 2020-ci ildən etibarən Bakı şəhərində istifadə olunacaq ictimai nəqliyyat üçün nəqliyyat vasitələrinin xüsusilə avtobusların dizel və yaxud benzinlə deyil, məhz sıxılmış təbii qaz və ya alternativ enerji mənbələrindən təmin olunması məqsədilə Bakı şəhərində 2022-ci ildən etibarən dizel gətirilməyəcək:


“İctimai nəqliyyat üçün onlar buraxılmayacaq. Hal hazırda 2100 avtobusdan 715-i sıxılmış qazla işləyir. Gələn il də 320 avtobusun bakı şəhərinə gətirilməsi planlaşdırılır ki, bu da Bakı ətrafı qəsəbələr və digər qəsəbələrdə işləyəcək. Benzin və dizel yanacağı ilə işləyən avtobusdan SNG yanacağı ilə işləyən avtobusların arasında təxminən 30-35 faiz ətraf mühitə atılan ağır metalları fərqi var. Bu ümumi rəqəmə vurulanda böyük fərq edir. 2016-cu ildə 701 milyon sərnişin səfər etmişdisə ə, 2019-cu ildə 801 milyona qalxıb. Bu da avtobusların dəyişməsi, nəqliyyat infrastruktura dövlət tərəfindən qoyulan investisiyalar əhalinin ictimai nəqliyyatdan istifadəsini stimullaşdırır. Bakı şəhərində yol infrastukrutunda 5 ildə böyük dəyişikliklər olub”.

Teqlər: