Hakerlər Rusiyanı hədələdi

Hakerlər Rusiyanı hədələdi

“Shadow Brokers” haker qrupu Rusiya, Çin, İran və Şimali Koreyanın raket və nüvə layihələri ilə bağlı məlumatlarını yayacaqlarına söz verib.

Hakerlər təhdid edir ki, iyun ayından başlayaraq hər ay qeyd olunan ölkələrdən sızdırılan məlumatları, eyni zamanda SWIFT beynəlxalq bank sistemlərindəki boşluqları yayacaq.

Son vaxtlar dünya yeni kiberhücumlar dalğası ilə üzləşir. Dünyanın 74 ölkəsinə kiber-hücum olub. Nəticədə “VannaKray” virusuna yoluxan əksər kompüterlər bloklanıb və ekranlarda blokun açılması üçün ödəniş tələb olunub.