Hadrut və Cəbrayılda daha 20 erməni hərbçinin cəsədi tapıldı

Qarabağda erməni hərbçilərin cəsədlərinin axtarışı davam edir.

Yenicag.az xəbər verir ki, yanvarın 3-də Cəbrayılda və Xocavəndin Hadrut qəsəbəsi də daxil ətraf kəndlərdə daha 20 hərbçinin cəsədi aşkar olunub.

Ümumilikdə, bu günə kimi tapılan cəsəd sayının 1170-dən çox olduğu bildirilir.

Hazırda Hadrut, Füzuli və Qubadlı istiqamətlərində axtarışlar davam edir.

www.yenicag.az

Teqlər: