Hadrut qəsəbəsi və 8 kənd işğaldan azad edildi

Hadrut qəsəbəsi və 8 kənd işğaldan azad edildi

Prezident İlham Əliyev bu gün (9 oktyabr) Azərbaycan Ordusunun bir neçə yaşayış məntəqəsini işğaldan azad etdiyini elan edib.

Ölkə başçısı bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edib və işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını diqqətə çatdırıb: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracalı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi.

Dovlət rəhbəri qeyd edib ki, bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir.

Məlumat üçün bildirək ki, Hadrut Xocavənd rayonunun inzibati ərazi vahidində qəsəbədir.

Çaylı kəndi əvvvəllər Ağdərənin tərkibində olub. 1992-ci ildən Tərtərin tərkibindədir.

Yuxarı Güzləklə Gorazıllı isə Füzulinin kəndləridir.

İşğaldan azad edilən Qaracallı, Əfəndilər, Süleymanlı, Qışlaq və Sur kəndləri isə Cəbrayılın tərkibinə daxildir.