Gürcüstanın baş naziri koronavirusa yoluxub

Xəbər - Orxan Nəbiyev – Trend:

Gürcüstanın baş naziri İrakli Qaribaşvili koronavirusa yoluxub.

AzerTimes-ın məlumatına görə, bunu baş nazir öz “Facebook” sahəsində bildirib.

Nazir qeyd edib ki, verdiyi koronavirus testi müsbət nəticələnib.

İ.Qaribaşvili özünü yaxşı hiss etdiyini, özünütəcrid rejiminə keçdiyini və işlərini evdən davam etdirdiyini deyib.