Gürcüstanda son sutkada yoluxanlar 3000-ə çatır

Gürcüstanda son sutkada yoluxanlar 3000-ə çatır

Gürcüstanda son 24 saat ərzində daha 2901 nəfərdə “COVID-19” aşkarlanması ilə gündəlik yoluxma sayında rekord qeydə alınıb.

Bununla da ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 57 min 753-ə çatıb.

Sutka ərzində daha 34 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 475-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 42 min 572 nəfərdir.