Gürcüstanda parlament seçkiləri yekunlaşdı

Gürcüstanda parlament seçkiləri yekunlaşdı

Gürcüstanda 10-cu çağırış parlamentinə seçkilərdə səsvermə keçirilməyə başlanılıb.

Ölkə üzrə 3657 seçki məntəqəsi yerli vaxtla saat 08:00-da açılıb.

Qeyd edək ki, parlament seçkilərini yerli müşahidəçilərlə yanaşı, 20 səfirlik və 23 beynəlxalq təşkilatın nümayəndələri də izləyəcək. Səsvermə prosesini 118 yerli və xarici KİV-in 5 971 nümayəndəsi işıqlandıracaq.

– 20:03 –

Gürcüstanında parlament seçkiləri ilə bağlı səsvermə başa çatıb.

Yerli vaxtla saat 20:00-da bütün seçki məntəqələri bağlanıb.

Məntəqələrdə səslərin sayılmasına başlanılıb.