Gürcüstanda koronavirusa daha 761 nəfər yoluxub, 9 nəfər ölüb

Gürcüstanda ötən sutka ərzində 13 920 test keçirilib, koronavirusa 761 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 286 406 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 9 nəfər ölüb, 537 nəfər isə sağalıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 3 849 nəfər, sağalanların sayı isə 276 084 nəfər təşkil edir.