Gürcüstanda koronavirusa daha 580 nəfər yoluxub, 6 nəfər ölüb

Gürcüstanda ötən sutka ərzində 13 198 test keçirilib, koronavirusa 580 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 283 369 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 6 nəfər ölüb, 215 nəfər isə sağalıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 3 804 nəfər, sağalanların sayı isə 274 145 nəfər təşkil edir.