Gürcüstanda koronavirusa daha 365 nəfər yoluxub, 5 nəfər ölüb

Gürcüstanda ötən sutka ərzində 25 934 test keçirilib, koronavirusa 365 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 280 301 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 5 nəfər ölüb, 415 nəfər isə sağalıb.

Hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 3 751 nəfər, sağalanların sayı isə 272 219 nəfər təşkil edir.

Teqlər: