Gürcüstanda koronavirusa daha 1310 nəfər yoluxub, 12 nəfər ölüb

Gürcüstanda ötən sutka ərzində koronavirusa 1310 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 299 038 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 12 nəfər ölüb, 632 nəfər isə sağalıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 3 971 nəfər, sağalanların sayı isə 282 869 nəfər təşkil edir.