Gürcüstanda koronavirusa daha 1 562 nəfər yoluxub

Gürcüstanda ötən sutka ərzində koronavirusa 1 562 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 332 441 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 30 nəfər ölüb, 1 490 nəfər isə sağalıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 4 499 nəfər, sağalanların sayı isə 312 349 nəfər təşkil edir.