Gürcüstanda daha bir neçə telekanal Azərbaycan peyki ilə yayımlanacaq

Gürcüstanın “Media-Holding” şirkətinin nəzdində olan yerli “Rustavi-2”, “Comedy TV” və “Marao TV” kanalları “Azerspace-1” vasitəsi ilə kommersiya yayımına başlayacaqlar.

Trend xəbər verir ki, müvafiq tərəfdaşlıq müqaviləsi “Azercosmos” ilə Gürcüstanın “Media Holding” şirkəti arasında imzalanıb.

Geniş auditoriyaya sahib olan bu kanallar gürcü dilində sosial, iqtisadi, analitik və mədəni proqramlar yayımlayır. Media Holdinqin “Azercosmos” ilə əməkdaşlığı sayəsində gürcü tamaşaçılar “Azerspace-1” peyki vasitəsi ilə bu televiziya yayım kanallarını izləyə biləcəklər.


Xatırladaq ki, Azərbaycanın peyk operatoru “Azercosmos” altı ildir Gürcüstanın yayım bazarında lider mövqeyini qoruyub saxlayır.

Teqlər: