Gürcüstanda azərbaycanlıların soyadları ilə bağlı qanun layihəsi hazırlanır

Xəbər - Orxan Nəbiyev – AzerTimes:

Gürcüstan parlamentinin İnsan haqları və mülki inteqrasiya komissiyasının iclasında ölkədə yaşayan azərbaycanlı vətəndaşların soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı qanun layihəsi müzakirə olunub.

AzerTimes-in məlumatına görə, qanun layihəsi Gürcüstanda yaşayan etnik və milli azlıqların soyadlarının tarixi və mədəni ənənələrə uyğun olaraq dəyişdirilməsinə imkan yaradacaq.

İclasda komissiyanın sədri Mixail Sarjveladze, Azərbaycan əsilli deputatlar Savalan Mirzəyev və Zaur Darğalı, Gürcüstan ədliyyə nazirinin müavini iştirak ediblər.

Qanun layihəsinin müddəalarının hazır olmasından sonra parlamentə təqdim olunması təklif olunub.


Qeyd edək ki, Gürcüstanda yaşayan azərbaycanlılar “ov”, “yev” soyad sonluqlarından istifadə edir. Yeni qanun layihəsinin irəli sürülməsi üçün avqustun 2-dən etibarən 25 min imza toplanıb.

Teqlər: