Gürcüstanda ard-arda 2 zəlzələ baş verdi

Gürcüstanda ard-arda 2 zəlzələ baş verdi

Gürcüstanda 3,5 gücündə zəlzələlər olub.

İlk təkan Oni şəhərindən cənubda 10 kilometr dərinlikdə qeydə alınıb. Bir dəqiqə sonra isə daha bir zəlzələ (3,5 bal) Saçxere şəhərinin 10 kilometrliyində hiss edilib. Zəlzələnin episentri 5 kilometr dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar yoxdur.