Gürcüstan turistləri Azərbaycanın azad edilmiş ərazilərinə getməyə ümid edir – Səfir

Xəbər - Tamilla Məmmədova, tərcümə Orxan Nəbiyev – Trend:

Gürcüstan turistləri yaxın zamanlarda Azərbaycanın azad edilmiş ərazilərinə getməyə ümid edir.

AzerTimes-ın məlumatına görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.

O bildirib ki, turizm Gürcüstan üçün vacib seqmentlərdən biridir:

“Gürcüstan turistləri öz mətbəxi, infrastrukturu, təbiəti ilə təəccübləndirməyə hazırdır. Azərbaycan və Gürcüstan turizm sahəsində rəqib deyil, onlar bir-birini bütün sahələrdə tamamlayır”.

Teqlər: