Gürcüstan səfirliyi Kəlbəcərdə jurnalistlərin ölümü ilə əlaqədar başsağlığı verib

Gürcüstan səfirliyi Kəlbəcərdə jurnalistlərin mina partlaması nəticəsində ölümü ilə əlaqədar başsağlığı verib.

AzerTimes-ın məlumatına görə, başsağlığında bildirilib:


“Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi 4 iyun tarixində Kəlbəcər rayonunda baş vermiş faciə ilə əlaqədar başsağlığı verir. Hadisə zamanı Azərbaycan mediasının iki üzvü və rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini həlak olublar. Azərbaycanın hər üç vətəndaşı tank əleyhinə minanın partlaması nəticəsində həlak olub. Gürcüstan Səfirliyi ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”.

Teqlər: