Günəşə ekspedisiya hazırlanır

Günəşə ekspedisiya hazırlanır

Günəşin tədqiqatında yeni bir dövrə start verilir.

NASA atmosferin ən böyük ulduzunun öyrənilməsi üçün ora xüsusi zond göndərib. Aparat Günəş Tacının daxilində yerləşəcək və orada baş verən partlayışları müşahidə edə biləcək.

Texnikanın 500 min dərəcə Selsi istiliyə tab gətirməsi üçün mühəndislər 11,5 santimetr qalınlığı olan xüsusi ekran düzəldiblər. Zond, onu yaradan Yucin Parkerin şərəfinə adlandırılıb: “Mən belə temperatura tab gətirən cihaz yaratdığım üçün fəxr edirəm. Biz nəhayət ki, Günəşi tədqiq edə biləcəyik”.

Zong gələn ilin yayında buraxılacaq. 7 ildən sonra o, Günəşə minimal məsafədə- 6 milyon km-ə qədər yaxınlaşacaq. Tədqiqatla yanaşı, cihaz unikal fotolar da çəkəcək. Bu fotolar Günəş Tacının daxilində çəkilmiş ilk fotolar olacaq.