Günəşdə yeni güclü partlayış baş verdi

Günəşdə yeni güclü partlayış baş verdi

Günəşdə təxminən saat 20:00-da daha bir güclü partlayış qeydə alınıb.

Yeni partlayış “X” kateqoriyasına aiddir və ona X8.2 bal verilib. Partlayış fəallığının indeksi 10 mümkün baldan 9,8 bala çatır. Bu son vaxtlar ərzində artıq dördüncü güclü partlayışdır.

Qeyd edək ki, Günəşdə güclü partlayışlar seriyası bazar ertəsi başlayıb – M kateqoriyasına aid olan 5 partlayış qeydə alınıb. İki gün sonra son 12 ildə “X” kateqoriyasına aid olan ən güclü partlayış qeydə alınıb. Sentyabrın 7-si isə “X” kateqoriyasına aid olan daha bir partlayış baş verib.