Günəş sistemində yeni planet

Günəş sistemində yeni planet

Astronomlar müəyyən ediblər ki, Günəş sistemində tapılan “DeeDee” obyekti, əslində kiçik planetdir.

“DeeDee” 2016-cı ilin payızında, Çilidə yerləşdirilən Blanko teleskopu vasitəsilə aşkarlanıb. Bu aparatla əslində “Dark Energy Survey” adlanan qara enerjini öyrənirlər. Bununla yanaşı, müxtəlif obyektlərin aşkarlanması üçün səmanın 12 faizini əhatə edə biliblər.

Beləliklə, böyük əksəriyyəti qalaktikaların olduğu təxminən 1,1 milyard səma cismini müəyyən ediblər.

Blanko teleskopu vasitəsilə “DeeDee”nin Plutona nisbətən Günəşdən 3 dəfə uzaq olan orbitinin məsafəsini hesablamaq və xarakteristikasını öyrənmək mümkün olub.

Məlum olub ki, “DeeDee”nin diametri 635 km.dir. Alimlərin araşdırmasına görə, bu ölçü ilə obyekt sferik forma almaq üçün kifayət qədər kütləyə malik olmalıdır. Bu halda o özünü cırtdan planet hesab edə bilər.

“DeeDee”nin səthində temperatur 243 dərəcə selsidir. Obyekt üzərinə düşən işığın yalnız 13 faizini əks etdirir.