Gündəlik 2 ədəd banan

Gündəlik 2 ədəd banan

Sağlam qidalar hər zaman o qədər də dadlı olmaya bilər. Amma bananla bağlı vəziyyət fərqlidir. Bu meyvə həm ağzınızı dada gətirəcək, həm də sağlamlıq üçün inanılmaz faydaları var.

Bananın faydaları bəllidir. Amma gündə müntəzəm olaraq iki ədəd bu meyvədən yeməyin orqanizmdə gözlə görüləcək hansı dəyişikliklər bunlardır:

Qan təzyiqini tənzimləyir
Gündə iki ədəd banan yemək təzyiqi normallaşdırmaqla iflic, insult kimi problemlərin yaşanma riskini azaldır.

Artıq çəkidən azad edir
Liflə zəngindir. Bunun üçün səhər və axşam saatlarında yeyilən banan iştahı azaldır. Nəticədə az yeyir və kökəlmirsiniz.

Qan azlığı riskini azaldır
Anemiya dərinin rəngini soldurur, təngənəfəslik yaradır və yorğunluğa səbəb olur. Bu vəziyyətə səbəb isə qırmızı qan hüceyrələrinin, hemoqlobinin azalmasıdır. Banan qan hüseyrələrini artıran minerallarla zəngindir. Bu meyvə həm də qan şəkərini tənzimləyən B6 vitamini ilə zəngindir.

Həzmi asanlaşdırır
Banan mədə-bağırsaq üçün əsl dostdur. Bu meyvə özü asan həzm edilməklə yanaşı, digər qidaların da rahat həzminə kömək edir.

Stres səviyyəsini azaldır
Banan serotonin hormonu üçün lazım olan triptofanla zəngindir. Eyni zamanda bananda təqribən 27 mg maqnezium var. Bu isə əhval-ruhiyyənin yüksəlməsi üçün önəmlidir.

Vitamin çatışmazlığı
Banan B6 vitamini ilə çox zəngindir. Bir banan gündəlik vitamin ehtiyacının 20 faizini qarşılayır.
Nəticədə orqanizmdə sağlam hüceyrələrin meydana gəlməsi üçün gərəkli insulin, hemoqlabin və amin turşuları qəbul etmiş olursunuz.