Güclü qar Bakı – Sumqayıt yolunda hərəkəti iflic etdi (FOTO)

Xəbər - Samir Əli – Trend:

Bakı – Sumqayıt yolunda avtomobillərin hərəkəti çətinləşib.

AzerTimes-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, güclü qar yolda avtomobillərin hərəkətində problem yaranıb. Artıq yolun bəzi hissələri buz bağlayıb. Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnika və canlı qüvvəsi cəlb edilib.

Hazırda yolun təmizlənməsi və hərəkətin bərpa olunması istiqamətində işlər görülür. Bəzi yerlərdə avtomobillərin hərəkəti dayanıb. Nəticədə Bakıdan Sumqayıt istiqamətində hərəkətdə güclü tıxac yaranıb.

Teqlər: