Güclü külək Xaçmazda fəsadlar yaradıb (VİDEO)

Bu gün səhər saatlarında Xaçmaz rayonunda müşahidə olunan küləkli hava fəsadsız ötüşməyib.

AzerTimes-ın məlumatına görə, güclü külək Xaçmaz şəhərində 36 mənzilli beşmərtəbəli yaşayış binasının damını uçurub. Dam örütüyünün sıradan çıxması nəticəsində sözügedən ərazidə avtomobillərin hərəkəti məcburi məhdudlaşdırılıb. Dərhal hadisə yerinə rayon Fövqəladə Hallar Komissiyasının canlı qüvvəsi və texnikaları cəlb olunub.

Hazırda canlı qüvvə və texnikalar vasitəsi ilə fəsadların aradan qaldırılması işi aparılır.

Hadisə vaxtı yaxınlıqda olan avtomobillərə ziyan dəyməyib. Güclü külək rayon mərkəzində və kəndlərdə bir neçə fərdi yaşayış evinin dam örtüyünü də uçurub. Həmçinin müxtəlif ərazilərdə iri gövdəli ağaclar kökündən qoparaq aşıb. Külək elektrik enerjisinin verilişində də problemlər yaradıb.

Hazırda aidiyyatı struktur bölmələrinin əməkdaşları küləyin fəsadlarını aradan qaldırmaqla yanaşı, dəqiq ziyanın müəyyənləşdirilməsi istiqamətində iş aparır.

Teqlər: