Güclü külək Bakıda 46 ağaca zərər vurub – AÇIQLAMA

Xəbər - Çingiz Səfərli – Trend:

Bakıda ötən gündən başlayan güclü külək bu vaxta qədər ümumilikdə 46 ağaca zərər vurub.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məlumat verilib. Bildirilib ki, bəzi irigövdəli ağacaların aşması və ya budaqlarının qırılması halları müşahidə edilib.

Qurumun əməkdaşları tərəfindən fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.


Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi küləkli hava şəraitinin iyulun 29-unadək davam edəcəyini açıqlayıb.

Teqlər: