Göygöl polis rəisi işdən qovuldu

Göygöl polis rəisi işdən qovuldu

Göygöl rayon Polis Şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə şöbəsi rəisi Bahadur Şükürov və şöbənin əməkdaşları – 1 zabit, 2 serjant vəzifələrindən azad olunub.

Bahadur Şükürov 2015-ci ildə Ağsu rayon Polis Şöbəsinin rəisi vəzifəsindən Göygöl rayon Polis Şöbəsinin rəisi vəzifəsinə gətirilib. Hələlik onun yerinə təyinat olmayıb.

Rayon Polis Şöbəsindən məlumat təsdiqlənib.