Göyərçinlərlə rəhmsiz rəftara görə xarici turistlər cərimələnib

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Aparılan monitorinqlər zamanı Ərəb ölkələrindən gəlmiş turistlərin Qax rayonunun Acınohur ərazisində mülkiyyətçinin razılığı əsasında istirahət məqsədilə çadır qurduqları və özlərinə məxsus şahin quşlarına təlim keçdikləri qeydə alınıb.

Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə AzerTimes-a bildirib ki, təlimdə ev quşları olan göyərçinlərlə rəhmsiz rəftar olunması aşkar edildiyindən həmin şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunub.

Teqlər: