Göyçayda keçmiş məhkum narkotiklə saxlanılıb (FOTO)

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş R.Səfərov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, şəxsi axtarış zamanı həmin şəxsdən 6 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə də baxış keçirilib və oradan 470 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.


Faktla bağlı araşdırma aparılır.

Teqlər: