Göyçay sakini ailə söhbətinə görə özünü yandırdı

Göyçay sakini ailə söhbətinə görə özünü yandırdı

Göyçayda qadın intihar edib, hadisə Çərəkə kəndində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü Qədirova Raya Zülfüqar qızı 1992-ci il təvəllüdlü qızı Elgül Qədirova ilə aralarında baş verən dava zamanı üzərinə benzin tökərək özünü yandırıb.

Qadın ailə üzvləri tərəfindən rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.