‘Google’dan yeni funksiya

‘Google’dan yeni funksiya

“Google” məlumatları yoxlayan funksiya tətbiq etdi.

“Google” korporasiyası bu gündən etibarən özünün axtarış və xəbər xidmətlərinə məlumatların yoxlanılması mexanizmi əlavə edir.

“Google” informasiyaların səhihliyini yoxlayan xüsusi resurslara, məsələn, “PolitiFact” və “Snopes”a daxil olmaq üçün istinadlar qoyur və ekranda həmin informasiyanın doğru olub-olmadığı görünür.

Axtarışa daxil edilən sorğuda yazılıb: “27 milyon insan kölədir”. Axtarış cümləsinin altında isə qeyd olunub: “PolitiFact tərəfindən faktoloji səhvlərlə bağlı yoxlanıb: praktik olaraq doğrudur”. Bundan sonra sorğudakı məlumatı təsdiqləyən yazıya istinad göstərilir.

“Google”un funksiyası istifadəçilərin diqqətini faktları yoxlayan təşkilatlara cəlb edəcək və yalan xəbərlərin yayılmasını əngəlləyə bilməyəcək.