Google.com domeninin açılmasından 20 il ötür

Google.com domeninin açılmasından 20 il ötür

Ötən həftənin sonunda “Google.com” domeninin qeydiyyatdan keçməsinin 20 ili tamam olub.

Domen 1997-ci il sentyabrın 15-də qeydiyyata alınıb.

Sayt fəaliyyətə bir ildən sonra, 1998-ci ilin sentyabrın 4-də başlayıb. Təxminən 20 il ərzində axtarış nəhəngi bir sıra yeniliklərə sahib olub. Ancaq buna baxmayaraq, o, hələ də 90-cı illərdəki məramlarına xidmət edir. Belə ki, istifadəçi axtarış sətrində onu maraqlandıran sorğunu yazır, “Google” isə mümkün cavab variantlarını üzə çıxarır.

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 4-də “Google” şirkəti mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında ikinci nəsil “Google Pixel” smartfonları, həmçinin “Google Assistant” səsli köməkçisi olan ilk qulaqcıqları təqdim ediləcək.