“Glusco” yanacaqdoldurma məntəqəsi şəbəkəsinin alınması ilə bağlı hələki yekun qərar verilməyib – SOCAR

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Ukraynanın “Glusco” şirkətinə məxsus yanacaqdoldurma məntəqələri şəbəkəsini alınması barədə yekun qərar hələki verilməyib.

Bu barədə AzerTimes-a SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov Ukrayna KİV-lərinin razılaşmanın başa çatması ilə bağlı xəbərlərini şərh edərkən bildirib.

Enkorr portalının mənbələrə istinadən verdiyi məlumata görə, Kiprdə qeydiyyatdan keçmiş Socar New Energy Ltd (SNE) “Glusco” yanacaq doldurma stansiyası şəbəkəsinin yeni sahibi olacaq.

SOCAR-ın şöbə müdiri bildirib: “Hələki yekun qərar verilməyib, çünki bunun üçün müvafiq dövlət qurumlarından təsdiq tələb olunur”.

Qeyd edək ki, Glusco şəbəkəsinə Ukraynada 127 yanacaqdoldurma məntəqəsi və 6 neft bazası daxildir.

“Glusco” İsveçrə Glusco Energy S.A. şirkətinin törəmə şirkətidir. Glusco Energy S.A şirkəti, öz növbəsində, Proton Energy Group S.A şirkətlər qrupuna daxildir.

Teqlər: