Gimnastlarımız Koreya çempionatında onlayn yarışdan 2 medal qazanıb

Aerobika gimnastlarımız 6-cı “Korea Open” adlı açıq Koreya çempionatında iştirak ediblər.

AzerTimes Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, onlayn şəkildə təşkil edilmiş yarışın nəticələrinə əsasən böyüklər arasında fərdi kişi proqramı üzrə iştirak etmiş gimnast Vladimir Dolmatov 1-ci yerdə qərarlaşıb.

12-14 yaşlı gimnastlar arasında Sara Əlixanlı, Sənəm Kazımova və Aliyə İsmayılovadan ibarət üçlük 3-cü olub. Eyni yaş qrupunda fərdi idmançılarla yarışan etmiş Məryəm Topçubaşova isə 66 gimnast arasında 9-cu nəticəni göstərib.

Teqlər: