Gimnastımız Sloveniyada dünya kubokunda iştirak edib (FOTO)

2-5 sentyabr tarixlərində Sloveniyanın Koper şəhərində idman gimnastikası üzrə ənənəvi dünya kuboku təşkil edilib.

Azərbaycan Gimnastika Federasiyasından AzerTimes-a verilən məlumata görə, bu yarışda Azərbaycan təmsilçisi, qadın idman gimnastikası üzrə yığma komandanın üzvü Milana Minakovskaya da iştirak edib.

Böyük gimnastlar arasında bu ildən çıxış etməyə başlamış Milana kubokda 2 alət üzrə yarışıb. O, müxtəlif hündürlüklü qollarda 17, gimnastika tirində isə 24-cü olub.

Teqlər: